Almaniya prezidenti yunanlardan üzr istəyib
08 mart 2014 06:48 (UTC +04:00)

Almaniya prezidenti yunanlardan üzr istəyib

Almaniya prezidenti İoahim Hauk İkinci dünya savaşı zamanı Yunanıstanın Liqiades kəndində baş vermiş qətllərlə bağlı həmin vəhşiliyin qurbanlarının qohumlarından üzr istəyib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Almaniya prezidenti həmin nədə səfər edərkən, müharibə zamanı baş vermiş qanlı olayı «dəhşətli cinayət» adlandıraraq, Almaniya adından üzrxahlıq edib.

 

 

Yunanıstana ikigünlük səfəri Hauk yeni iddialara cavab verməli olub. Yunanıstanda hesab edirlər ki,  hərbi cinayətlərə görə Almaniyanın ödədiyi kompensasiya azdır.

 

Hauk vurğulayıb ki, ikinci dünya savaşı zamanı baş verən qətllərə görə Almaniyanın mənəvi öhdəliyi olsa da, təzminatla bağlı Berlin tələbləri müzakirə etmək niyyətində deyil. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636

Oxşar yazılar