Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Krım tatarlarını dar gündə tək qoymayacaq.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, bu haqda o, «Anadolu» agentliyinə deyib.
R.T.Ərdoğan onu da bildirib ki, Krımdakı vəziyyəti Rusiya prezidenti Vladimir Putinlə müzakirə edib.
O, Türkiyənin Krım tatarlarının siyasi haqlarının yarımadada təmin olunmasını dəstəkləyəcəyini də vurğulayıb.
«Mən ona dedim ki, Rusiya Krımdakı çoxluqdan olan rusların və başqa etnik azlıqların haqqını müdafiə etdiyi kimi oradakı tatarların da haqqını müdafiə etməlidir»-deyə, Ərdoğan bildirib.