“Serj əmin idi, amma günorta məlum oldu ki...” - EKSKLÜZİV
20 fevral 2013 13:48 (UTC +04:00)

“Serj əmin idi, amma günorta məlum oldu ki...” - EKSKLÜZİV

“Heç kim İrs Partiyasının sədri Raffi Ovannisyanın bu qədər səs toplayacağını gözləmirdi”.

 

Bunu Lent.az-a açıqlamasında “İnternyus-Ermənistan”ın baş prodüseri, jurnalist Geqam Vardanyan bildirib.

 

Geqam Vardanyan deyib ki, Serj Sərkisyan saxtakarlığa yol vermədən seçkilərdə qalib gələcəyinə əmin idi. Ancaq həmin gün ekzit-pollun nəticələri açıqlananda məlum oldu ki, Raffi Ovannisyan çox səs toplayıb. Buna görə də axşamüstündən başlayaraq, saxtakarlığa yol verildi, nəticələri dəyişməyə başladılar. Hesab edirəm ki, vicdanla yanaşılsa, seçkilərin ikinci turu keçirilməlidir”.

 

Qeyd edək ki, fevralın 19-da Ermənistanda prezidentliyə namizəd, dünən keçirilən seçkilərdə qalib gəldiyini elan edən İrs Partiyasının sədri Raffi Ovannisyan hər kəsi sabah saat 17:00-da İrəvanda Azadlıq meydanında keçiriləcək mitinqə dəvət edib. Raffi Ovannisyan Ermənistanın hazırkı prezidenti, Mərkəzi Seçki Komissiyasının seçkilərin qalibi elan etdiyi Serj Sərkisyanı da səhərə qədər onunla görüşməyə çağırıb. Raffi Ovannisyan Serj Sərkisyanla “hakimiyyəti xalqa vermək” məsələsini müzakirə etmək istədiyini bildirib.

 

Geqam Vardanyan bildirib ki, bugünkü aksiyanın necə keçəcəyini heç kim bilmir: “Ancaq mitinqə maraq böyükdür. Çoxları Raffi Ovannisyanın nə deyəcəyini dinləmək üçün mitinqə gedəcək”.

 

Vardanyanın sözlərinə görə, mübarizəyə atılan Raffi Ovannesyana bir sıra problemlər mane olur: “Birincisi, Raffi Ovannisyanın təcrübəsi azdır. İkincisi, resursları azdır, biznesi yoxdur. Eyni zamanda, təcrübəli siyasi komandaya da malik deyil. Raffi Ovannisyan üçün çətin olacaq. Onun Konstitusiya Məhkəməsində seçkilərin nəticələrini ləğv etmək üçün yetərli dəlillər toplayıb-toplamayacağı da məlum deyil”.

# 5680
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar