Türkiyədə 40-a qədər güləşçi dağıntı altında qalıb
06 fevral 2023 14:21 (UTC +04:00)

Türkiyədə 40-a qədər güləşçi dağıntı altında qalıb

Türkiyənin milli güləşçisi Taha Akgül Kahraman Maraşda 30 - 40 güləşçinin dağıntılar altında qalması barədə xəbər yayıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, güləşçi idman klubunun zəlzələ nəticəsində dağılması, həmin an içəridə ən az 30-40 nəfərin olması barədə məlumat verərək, kömək istəyib.

“İdmançılarımız dağıntılar altında qalıb. Təcili yardım istəyirik. Allah hamıya kömək olsun”,- deyə o sosial şəbəkə hesabında paylaşıb.
 

# 2196
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar