Təhlükəli “Omikron” ştammı Avropaya ayaq açdı: ARTIQ YOLUXANLAR VAR
27 noyabr 2021 19:00 (UTC +04:00)

Təhlükəli “Omikron” ştammı Avropaya ayaq açdı: ARTIQ YOLUXANLAR VAR

Koronavirusun yeni ştammı olan təhlükəli “Omikron” ştammı artıq Avropayada gəlib çatıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu gün Böyük Britaniyada bu ştamma 2 nəfərin yoluxduğu təsdiqlənib.

Ölkənin səhiyyə naziri Sajid Cavid bildirib ki, yoluxan xəstələr dərhal izolyasiya olunub: 

"Yeni ştammın aşkarlandığı ərazilərdə təxirəsalınmaz testlər aparılacaq. Bu, o deməkdir ki, pandemiyanın bitməsinə hələ çox var”. 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun Cənubi Afrikada yayılan yeni variantının (B. 1.1.529) narahatlıq yaratdığını bildirmişdi. Yeni ştamm yunan hərfi olan “Omikron” (VOC - narahatlıq variantı kimi təyin edilib) adını alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5610

Oxşar yazılar