Rusiyalı bir ayda 650 miqrantı evinə qeydiyyata saldı - "REKORD"
11 avqust 2022 19:23 (UTC +04:00)

Rusiyalı bir ayda 650 miqrantı evinə qeydiyyata saldı - "REKORD"

Kalininqradda 44 yaşlı qadın bir ay ərzində evinə 650 miqrantı qeydiyyata salıb.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsi məlumat yayıb.

Ev sahibi qanunsuz miqrasiyanın təşkilində şübhəli bilinir.

2022-ci ilin may ayından iyun ayına qədər qadın General Karbışev sahilində yerləşən üç mərtəbəli evinə 650 əcnəbini qeydiyyata salıb. Hüquq-mühafizə orqanlarının yoxlaması nəticəsində məlum olub ki, sözügedən ünvanda qeydiyyatda olan vətəndaşların heç biri əslində orada yaşamırlar.

Rusiyalı qadına qarşı cinayət işi başlanıb. Onu üç ilə qədər həbs gözləyir.

# 1611
avatar

Oxşar yazılar