Rusiyada yeni infeksiya təhlükəsi
04 aprel 2021 16:30 (UTC +04:00)

Rusiyada yeni infeksiya təhlükəsi

Rusiyada Afrika donuz taununun yeni ocağı aşkarlanıb.

Lent.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Kominin Sıktıvdinsk rayonunun Malaya Sluda kəndində şəxsi təsərrüfatlardan birində Afrika donuz taunu aşkarlanıb.

Komi Region Hökuməti hazırda taunun aşkarlandığı məkanda mütəxəssislərin taunun yayılmasının qarşısının alınması və ocağın lokallaşdırılması  üçün çalışdığını açıqlayıb.

Bundan əvvəl 2021-ci ilin fevralında Komidə Sıktıvkar yaxınlığında başqa bir şəxsi yardımçı təsərrüfatda Afrika donuz taunu ocağı aşkarlanıb. Taun 13 heyvanın ölümünə səbəb olub. Fevralın 15-dən Sıktıvkar və Sıktıvdinsk rayonlarında, o cümlədən qismən Kortkerossk rayonunda Afrika donuz taunu ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq olunur. Karantin zonasında 840-dan çox donuz tələf edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2334
avatar

Oxşar yazılar