Rusiya bu sərhəd keçid məntəqələrini  bağlayacaq - Qərar verildi
28 iyul 2025 22:40 (UTC +04:00)

Rusiya bu sərhəd keçid məntəqələrini bağlayacaq - Qərar verildi

Rusiya hökuməti avqustun 1-dən əvvəllər Ukrayna ilə razılaşma əsasında fəaliyyət göstərən 20 nəzarət-buraxılış məntəqəsinin rəsmi olaraq bağlanması barədə göstəriş verib.

Lent.az xəbər verir ki, bununla bağlı sənədi Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb.

“2025-ci il avqustun 1-dən Rusiya hökuməti ilə Ukrayna hökuməti arasında 8 fevral 1995-ci il tarixli Rusiya ilə Ukrayna arasında dövlət sərhədində keçid məntəqələri haqqında sazişə uyğun olaraq müəyyən edilmiş dövlət sərhədindən keçid məntəqələri, əlavədə göstərilən siyahıya əsasən, bağlansın.”, - sənəddə deyilir.

Sənəddə həmçinin qeyd olunur ki, siyahıya 13 avtomobil və 7 dəmir yolu keçid məntəqəsi daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1284

Oxşar yazılar