ABŞ-da Virciniya ştatının Merilend şəhər sakini olan qadın kazinoda uduzsa da, lotereyadan 50 min dollar udub.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Merilend Lotereyası məlumat yayıb.
Şansını kazinoda sınamağa gedən qadının bəxti gətirməyib. O, qumarxanadan çıxandan sonra ailəsinə zəng edərək heç nə qazanmadığını bildirib.
Evə gedərkən qadın mağazadan ani tiraj bileti alıb. Bu dəfə isə o, yenidən evə zəng edərək ailəsinə nəhayət varlandığını deyib.
Amerikalı qeyd edib ki, o, pulun bir hissəsini borclarının ödənilməsinə və xeyriyyə işlərinə xərcləyəcək, qalanını isə saxlayacaq.