Altayda Rusiya prezidenti Vladimir Putinin bağ evinin ərazisində irimiqyaslı yanğın baş verib. Bildirilir ki, yanğın kompleks daxilindəki binaları əhatə edib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, yanğının səbəbi hələlik məlum deyil. Rəsmi olaraq, bu, "Qazprom" şirkətinə məxsus "Altay həyəti" sanatoriya-kurort kompleksinin ərazisində baş verib. Bəzi məlumatlara görə, bu ərazidə “Putinin bunkeri” də yerləşir.
Fotoşəkildə binanın xarici dekorasiyasının oxşar elementləri əks olunub: fasadın rəngi eynidir, binanın yanında yaşıllıqlar var, fotoda yer alan qonşu binanın dam örtüyü də uyğun gəlir.
Məlumdur ki, Altay Respublikasının Onquday bölgəsində gizli tikinti layihəsi haqqında məlumat ilk dəfə 2010-cu ildə ortaya çıxıb. Bəzi məlumatlara görə, bu layihəyə 3 milyard rubla qədər (33 milyon dollardan çox) vəsait xərclənib.