Pezeşkian İran prezidenti  seçildi
06 iyul 2024 08:38 (UTC +04:00)

Pezeşkian İran prezidenti seçildi

İranda keçirilən 14-cü prezident seçkilərinin ikinci turunun yekun nəticələri açıqlanıb.

Lent.az xəbər verir ki, bu barədə İranın Seçki Qərargahı məlumat yayıb.

Ümumilikdə 30 milyon 530 mindən çox səs hesablanıb.

Yekun statistikaya əsasən, 49,8% seçici fəallığı ilə Məsud Pezeşkian İranın 9-cu prezidenti seçilib.

Pezeşkian 16 384 403 (53,6%) səs toplayaraq qalib gəlib.

Səid Cəlili isə 13 538 179 səs toplayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 26223
avatar

Oxşar yazılar