Moskvalıları Dərbənddə qul kimi satdılar: Əhmədov onları axtarır...
12 oktyabr 2021 12:15 (UTC +04:00)

Moskvalıları Dərbənddə qul kimi satdılar: Əhmədov onları axtarır...

Rusiyanın Moskva şəhər sakinləri Pyotr Pelexanov və Olqa Lifatova Dağıstanda qul kimi satılıblar.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, səyahət həvəskarı olan cütlük Moskvadan Krıma gedirmişlər. “Don” federal trasında onlar təsadüfi maşınla Sevastopola getmək, istirahətlərini orada keçirmək niyyətindəymişlər. Amma sürücü onları Sevastopola yox, Dağıstana aparıb çıxarıb. Bütün gecə hərəkətdə olduqlarından onlar hara getdiklərini anlamayıblar. 

Səhərə yaxın isə Sevastopol əvəzinə, Dərbəndə gəlib çıxdıqları məlum olub.

Elə həmin gün sürücü onları Yaməddin Ağabalayeviç Əhmədov adlı bir şəxsə satıb. Əhmədov qullar üçün 50 min rubl (təxminən 1200 manat) ödəyib.
Pyotr və Olqa düz bir ay Əhmədovun plantasiyalarında qul kimi işləməyə məcbur olublar. Olduqca dözülməz şəraitdə saxlanılan moskvalılardan başqa, Əhmədov plantasiyalarında daha bir neçə nəfəri də qul kimi işlədirmiş. 

Pyotr və Olqa nəhayət ki, xilas olmağı bacarıblar. Onlar məşəqqətlə də olsa, özlərini Moskvaya çatdırıblar. Pyotr jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, Dağıstanda polisə müraciət etməyin heç bir mənası yox idi. Hazırda isə şikayət üçün sənədlər hazırlanır.

Yamuddin isə onları axtardığını bildirib və qeyd edib ki, cütlük könüllü şəkildə onun yanında çalışırmışlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2565

Oxşar yazılar