Məsud Pezeşkianın seçki qərargahının rəhbəri həbs edildi
09 iyul 2024 13:03 (UTC +04:00)

Məsud Pezeşkianın seçki qərargahının rəhbəri həbs edildi

İranın yeni prezidentinin seçki qərargahının sədri həbs olunub.

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Məsud Pezeşkianın Qərbi Azərbaycan əyalətinin Salmas şəhərindəki seçki qərargahının rəhbəri Hacı Əlilu tutulub.

Məlumata görə, o, “din xadimlərini, müharibə veteranlarını və İbrahim Rəisini (İranın keçmiş prezidenti) təhqir etmək”də günahlandırılıb.

Qeyd olunub ki, bu, Məsud Pezeşkianın Salmas şəhərindəki seçki qərargahında ikinci həbs hadisəsidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8688
avatar

Oxşar yazılar