Nyu-York məhkəməsi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın “Trump Organization” şirkətinin sənədlərinin saxtalaşdırılması ilə bağlı cinayət işində toxunulmazlığa malik olmadığı ilə bağlı qərar qəbul edib.
Lent.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd olunur ki, müdafiə tərəfinin təqdim etdiyi sübutlar siyasətçinin rəsmi davranışı ilə bağlı deyil və bu səbəbdən prezident toxunulmazlığı tətbiq edilmir.
Hökmün Trampın dövlət başçısı kimi müddətinin sonuna qədər təxirə salındığı bildirilir.