Kimin çəkisi 140 kilonu keçib - Səhhətində ciddi preoblemlər var
30 iyul 2024 03:03 (UTC +04:00)

Kimin çəkisi 140 kilonu keçib - Səhhətində ciddi preoblemlər var

Şimali Koreya rəsmiləri ölkə başçısı Kim Çen Inın piylənmə ilə bağlı səhhətində yaranmış problemlərin həlli üçün xaricdən yeni dərmanlar axtarırlar.

Lent.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen Inın kökəldikcə səhhətinin də pisləşdiyi bildirilir.

Həkimlər Şimali Koreya liderinin çəkisinin 140 kilonu keçdiyi, buna görə də yüksək qan təzyiqi və diabet kimi xəstəliklərin baş qaldırdığını deyərək həyəcan təbili çalıblar.

Qeyd olunur ki, 2021-ci ildə əhəmiyyətli dərəcədə arıqlayan Kim yenidən kökəlməyə başlayıb və bununla da onun səhhətində ciddi problemlər yaranıb.

2011-ci ildə hakimiyyətə gələn Kimin atası və babasının da ürək problemlərindən dünyasını dəyişdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2547
avatar

Oxşar yazılar