Kənd məktəbi distant təhsilə keçdi: Koronavirusa görə yox...
09 noyabr 2021 07:17 (UTC +04:00)

Kənd məktəbi distant təhsilə keçdi: Koronavirusa görə yox...

Rusiyada kənd məktəblərindən biri fistant təhsilə keçməyə məcbur olub.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, söhbət Xantı-Mansi Muxtar Dairəsindəki kənd məktəbindən gedir.

Sovetski rayonunun Zelenoborsk kənd məktəbinin direktoru Olqa Kaluqina faktı təsdiqləyərək bildirib ki, canavarların hücumu ilə əlaqədar şagirdlər distant təhsilə keçirilir.

“Kənddə bəzi valideynlər hətta gündüzlər də kənddə canavarların görünməsi səbəbindən övladlarını distant təhsilə keçirmək üçün ərizələr yazıblar. Vəziyyət təhlükəlidir, mən hər zaman canavarların izlərini görürəm, evin ətrafında da gəzirlər. Valideynlərin ifadələrinə anlayışla yanaşırıq, bizim üçün əsas şey uşaqların təhlükəsizliyidir. Narahatlığımı həm kənd icra nümayəndəsinə, həm də təhsil şöbəsinə bildirdim. Ümid edirəm ki, tezliklə müvafiq tədbir görüləcək”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5301

Oxşar yazılar