Hökümət qərar verdi - 40 min məhbusu azad edəcək
08 iyul 2024 07:13 (UTC +04:00)

Hökümət qərar verdi - 40 min məhbusu azad edəcək

Böyük Britaniyanın yeni baş naziri Keir Starmer həbsxanalardakı kritik sıxlıq səbəbilə 40 min məhbusu azad etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə “The Times” qəzeti öz adının açıqlanmasını istəmədiyi mənbəsinə istinadən məlumat yayıb.

Amnistiyanın yaxın həftə ərzində baş tutacağı qeyd olunur. Cinsi zorakılıq, zorakılıq və ya terrorla əlaqəli olmayan cinayətlərdə təqsirli bilinən, habelə cəzasının yarıdan azını çəkmiş məhbuslar azadlığa buraxıla biləcəklər.

Qeyd edək ki, Böyük Britaniyanın Leyboristlər Partiyası son 14 ildə ilk dəfə parlament seçkilərində qalib gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2658
avatar

Oxşar yazılar