Hindistanın cənubundakı Kerala ştatının Malappuram şəhərindəki stadionda futbol matçı öncəsi fişənglərin pirotexniki vasitələrin partlaması nəticəsində 30-dan çox insan xəsarət alıb.
Lent.az xəbər verir ki, bu barədə “NDTV” telekanalı məlumat yayıb.
Məlumata göröə, fişənglər tribunaların yaxınlığında partladılıb.
Zərərçəkənlər ən yaxın xəstəxanaya aparılıb.
Polis araşdırma aparır.