Hərbi qospitalda  TERROR:   23 nəfər öldü
02 noyabr 2021 18:44 (UTC +04:00)

Hərbi qospitalda TERROR: 23 nəfər öldü

Kabildə Sərdar Məhəmməd Daud Xan adına hərbi qospitalda törədilən terror aktı nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə qospitaldakı mənbədən məlumat verilib. 

Mənbə hücum edənlərin 4 nəfər olduğunu bildirib. Onlardan biri xəstəxananın girişində özünü partladıb, digərlərini isə “Taliban” məhv edib.

Bundan əvvəl terror zamanı 15 nəfərin öldüyü bildirilirdi. 

Şahidlər Əfqanıstanın ən böyük hərbi xəstəxanasına İraq Şam İslam Dövləti (İŞİD) terrorçularının hücum etdiyini bildiriblər. Lakin hələlik nə İŞİDD, nə də Əfqanıstandakı rəsmilər bu məlumatı təsdiqləməyib. Bununla belə, hücum faktını Əfqanıstan Daxili İşlər Nazirliyinin Taliban hökumətindəki rəsmi nümayəndəsi Qari Səid Hosti təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2697
avatar

Oxşar yazılar