Nazirin bir anda iki yol polisi barədə rədd qərarı hər kəsi təəccübləndirib.
Lent.az xəbər verir ki, söhbət sosial şəbəkələrdə Rusiya daxili işlər nazirinin diqqətini çəkən videogörüntülərdən gedir.
Hadisə Krasnodar diyarında baş verib. İki polis yol hərəkəti qaydalarını pozduğuna görə gənc qadın sürücünü saxlayır. Xanımın məlumatsızlığından istifadə edən yol polisi protokol tərtib etmək məcburiyyətində qaldığını və nəticədə onun sürücülük hüququndan ömürlük məhrum olacağını bildirir. Qadın çox yalvarsa da, polis əməkdaşı güzəştə getmək fikrində olmadığını bildirir, lakin bir şərtlə...
Polis xanıma yalnız cinsi əlaqədə olduğu təqdirdə “susacağını” başa salır. Qadın fikirləşir və bu təklifi qəbul etmək məcburiyyətində qalır.
Bu zaman növbəyə çıxan ikinci polis əməkdaşı xanım sürücünün ərinə zəng edərək arvadının qanun pozuntusunu ört-basdır etmək üçün 15 min rubl gətirməsini bildirir. Əks halda yaşanacaq hadisələr əri də razılaşmağa sövq edir...
Zavallı ər deyilən miqdarda pulu götürüb əraziyə gəlir. Və qadın “azad” olunur.
Polisin ağlına belə gəlmir ki, bütün danışıqlar, “razılaşmalar” videoya çəkilir.
Teleqram kanallarından birində yayımlanan videogörüntülər nazirin də diqqətini çəkir və hər iki polisin daxili işlər orqanlarından xaric edilməklə barələrində cinayət işi açılır.