Dünyanın ən təmiz 3 çayı  – Çoxları bilmir
24 fevral 2024 13:30 (UTC +04:00)

Dünyanın ən təmiz 3 çayı – Çoxları bilmir

Bir çox insanlar çayların nadir hallarda təmiz olduğuna inanırlar. Çünki çayın suyu adətən bulanıq görünür. Bu doğrudur. Ancaq bəziləri şəffaflığı ilə diqqəti cəlb edir.

Lent.az haqqında çox məlumat olmayan dünyanın ən təmiz 3 çayını təqdim edir: 

İsveçrə - Verzaska

Bu çay təmiz suları ilə heyran edən bir çox turistə məlumdur. Maraqlısı odur ki, Verzaska tez-tez çəkiliş zamanı kameralara tuş gəlir. Ancaq onun haqqında çox da məlumat yoxdur. Buna baxmayaraq, çayın uzunluğunun 30 kilometr olduğunu qeyd etmək lazımdır.

Rusiya - Vonça

Uzaq ölkələrə səyahət etmək imkanı olmayanlar Rusiyaya baş çəkə bilərlər. Belə ki, Mari El ərazisində planetin ən təmiz çaylarından biri var. Bu çayda yalnız ən təmiz sularda rast gəlinən balıqları görmək mümkündür.

Rusiya - Anqara

Bu çayı Sibirə getməyə qərar verən səyahətçilər ziyarət edə bilər. Anqaranın ətrafı meşə ilə əhatə olunduğu üçün çox gözəl mənzərəyə sahibdir. Çay o qədər şəffaf və təmizdir ki, ona baxan zaman dibini asanlıqla görə bilərsiniz.

# 12162
avatar

Sevinc Fərid

Oxşar yazılar