Döyüş yoldaşlarını xilas edən 20 yaşlı azərbaycanlı HƏLAK OLDU
08 iyul 2024 13:53 (UTC +04:00)

Döyüş yoldaşlarını xilas edən 20 yaşlı azərbaycanlı HƏLAK OLDU

Voronej vilayətinin azərbaycanlı icması Rusiya Silahlı Qüvvələrinin əsgəri Sahib Əsədullayevin ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edildiyi barədə məlumat yayıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Borisoqlebsk şəhərinin sakini Sahib Yusif oğlu Əsədullayev iyunun 29-dan 30-na keçən gecə “Donetsk Xalq Respublikası” ərazisinə pilotsuz təyyarənin hücumu zamanı həmkarlarını təkbaşına müdafiə edərək qəhrəmancasına həlak olub.

20 yaşlı gənc altı yoldaşının həyatını xilas edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4839
avatar

Oxşar yazılar