Dövlətlər də insan kimi qocalır və ölürmüş  - Maraqlı tədqiqat
09 dekabr 2023 16:02 (UTC +04:00)

Dövlətlər də insan kimi qocalır və ölürmüş - Maraqlı tədqiqat

Alimlər yüzlərlə qədim dövlətin tarixini ətraflı öyrənərək çox maraqlı qanunauyğunluq aşkar ediblər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, tədqiqatçılar dövlətlərin taleyinin bir növ "qocalıq" yaşından asılı ola bilməsi qənaətinə gəliblər. Müxtəlif universitetlərin, o cümlədən Vageningen (Hollandiya), Kembric və Vaşinqtonun alimləri qədim dövlətlərin yoxa çıxmasını təhlil edərək maraqlı nümunələr müəyyən ediblər.

Tədqiqatçılar diqqəti dövlətlərin son dərəcə həssas və qlobal xəritədən yox olmaq riskinin olduğu "təhlükəli" yaş dövrünə yönəldiblər. Alimlər təbii fəlakətlər kimi xarici amillər əvəzinə cəmiyyətin daxili dinamikasını çöküşün əsas katalizatoru kimi önə çəkirlər.

Mütəxəssislər beş minillik ərzində 324 qədim dövlətin tarixini təhlil edərək, insan orqanizminin qocalma prosesinə bənzər nümunəni aşkar ediblər. Dövlətin yox olma riski yarandıqdan sonra ilk iki əsrdə kəskin şəkildə artır və sonra tədricən azalaraq bəzi cəmiyyətlərə uzun müddət yaşamağa imkan verir.

Tədqiqata görə, bu nümunə Avropa cəmiyyətlərini, Amerika qitəsinin qədim sivilizasiyalarını və Çin sülalələrini əhatə edən bütün dövlətlərə aiddir. Buna misal olaraq son iki min ildə təxminən 300 il mövcud olmuş qədim Çin sülaləsini göstərmək olar.

Struktur və həyat tərzindəki fərqlərə baxmayaraq, alimlər vurğulayırlar ki, müasir cəmiyyətlər də qədim cəmiyyətlərlə eyni mexanizmlərə, o cümlədən narazılıq və potensial tənəzzül mənbəyinə çevrilə bilən sosial ədalətsizlik, qıtlıq eləcə də ekstremal iqlim çağırışlarına məruz qalırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3865

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23