"Avtoşluq" edən azərbaycanlı bəy toyuna gedəndə saxlanıldı -  3 SUTKA HƏBS
08 oktyabr 2021 10:52 (UTC +04:00)

"Avtoşluq" edən azərbaycanlı bəy toyuna gedəndə saxlanıldı - 3 SUTKA HƏBS

Rusiyanın Sankt-Peterburq şəhəri Kirov rayon məhkəməsi azərbaycanlı Rəsul Şiraz oğlu Soltanov haqqında 3 sutkalıq həbs qərarı çıxarıb.

Lent.az-ın yerli KİV-ə istinadən məlumata görə, Rəsul Soltanov öz toyuna gedərkən BMV markalı avtomobiliylə “avtoşluq” edibmiş.

Məlumata görə, şəhərin Marşal Qovorov küçəsi ilə Vasili Alekseyev küçəsinin kəsişməsində avtomobiliylə qeyri-adekvat hərəkət edən Soltanovu yol polisi saxlayıb.
Polis şöbəsinə gətirilən Soltanov öz toyuna getdiyini bildirsə də, o, məhkəməyə aparılıb. Yol hərəkəti qaydalarını kobud pozduğuna və nəqliyyatın hərəkətinə təhlükə yaratdığına görə, haqqında 3 sutkalıq həbs qərarı çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3534

Oxşar yazılar