Araq almağa gəlmişdi BAŞINDAN GÜLLƏLƏNDİ
09 noyabr 2021 09:12 (UTC +04:00)

Araq almağa gəlmişdi BAŞINDAN GÜLLƏLƏNDİ

Rusiyanın Oryol vilayətinin Znamenski rayonunda 41 yaşlı kişinin dəhşətli qətli ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb. 

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, faciə Safonovski kəndində baş verib.

Regional İstintaq Komitəsinin məlumatına görə, hadisə iyunun 2-də axşam saatlarında baş verib.

Mərhum təqsirləndirilən 58 yaşlı yerli sakinin evinə gələrək ondan spirtli içki istəyib. Ev sahibi imtina etdikdə aralarında mübahisə düşüb. əsəbləri dözməyən ev sahibi dövlət qeydiyyatı olmayan silahı götürüb və “qonağın” başından vuraraq öldürüb.

İş materialları təsdiq edilmiş ittiham üzrə baxılması üçün məhkəməyə verilib. 

Təqsirkarı  6 ildən 15 ilə qədər həbs gözləyir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6192

Oxşar yazılar