Aramsız sellər 500 min insanı   evindən etdi
08 iyul 2024 06:01 (UTC +04:00)

Aramsız sellər 500 min insanı evindən etdi

Banqladeşin Sunamqanj bölgəsində sel sularının 3 həftədir çəkilməməsi təxminən 500 min insana mənfi təsir edib.

APA xəbər verir ki, “Dhaka Tribune” qəzetinin məlumatına görə, daşqınlar Sunamqanj bölgəsinin Sadar, Bişvambharpur, Şantiqanc, Caqanatpur, Dovarabazar, Catak və Tahirpur rayonlarında həyata mənfi təsir göstərməkdə davam edir.

Sunamqanjda sel sularının 3 həftə ərzində çəkilmədiyi üçün təxminən 500 min insanın köməyə ehtiyacı olub.

Rayonda bir çox ev və iş yerləri hələ də su altındadır. Daşqından zərər çəkmiş ərazilərdə çirklənmiş su ilə yoluxan xəstəliklərin yayılması da sağlamlıq üçün narahatlıq yaradır.

Suların çəkilməməsi bir çox təsərrüfata və ev quşlarına ziyan vurub. Təsərrüfat və quşçuluqla dolanışığını təmin edən bir çox insan qurban olsa da, düşərgələrdə yaşayan vətəndaşlar da qida və təmiz su çatışmazlığından əziyyət çəkirlər.

Ölkədə mayın 17-dən iyulun 3-dək yağan həddindən artıq yağışlar nəticəsində baş verən fəlakət və qəzalarda 102 nəfərin öldüyü bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2460
avatar

Oxşar yazılar