Amansız və müəmmalı cinayət: SATICI FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ... 
04 noyabr 2021 15:05 (UTC +04:00)

Amansız və müəmmalı cinayət: SATICI FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ... 

Rusiyada hər kəsi şoka salan cinayət hadisəsi baş verib.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Nijni Novqorod vilayətində qeydə alınan bıçaqlanma hadisəsi qeyri-adiliyi ilə seçilir.

Vıksa şəhərinin Saltanov küçəsində yerləşən supermarketə naməlum şəxs daxil olaraq heç bir səbəb olmadan kassanın arxasında duran qadın satıcını bıçaqlayıb. Heç bir əşya götürməyən cinayətkar hadisə yerindən uzaqlaşıb.

Hadisənin görüntüləri marketin müşahidə kameralarına da düşüb.

Xəsarət alan satıcı qadın xəstəxanada dünyasını dəyişib. 

Çox keçmədən hadisəni törədən 44 yaşlı yerli sakin polis tərəfindən saxlanılıb. O, ifadə zamanı hadisəni törətdiyini boynuna alsa da, hansı səbəbdən etdiyini deməyə çətinlik çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1866

Oxşar yazılar