Alimlər Çili sahillərində naməlum canlı növləri aşkar ediblər
10 aprel 2024 10:49 (UTC +04:00)

Alimlər Çili sahillərində naməlum canlı növləri aşkar ediblər

Bir qrup beynəlxalq alim Çili sahillərində Sakit okeanın dərinliklərinə heyrətamiz səyahət edib. Dənizin sirli dərinliklərini daha ətraflı öyrənmək üçün Şmidt Okeanoqrafiya İnstitutunun Falkor tədqiqat gəmisindən sualtı robotu 1524 metrdən çox dərinliyə endiriblər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ekspedisiya təsirli nəticələr verib - elmə maraqlı ola biləcək çox sayda növ aşkar edilib. Onların arasında parıldayan bürclərə bənzəyən canlılar, uzun, zərif və tikanlı ayaqları olan tünd qırmızı xərçəngkimilər, eləcə də dərinlikləri işıqlandıran çoxsaylı biolüminessent orqanizmlər olub.

Dəniz həyatının müxtəlifliyi, o cümlədən həzin görünüşü və parlaq yemi ilə dərin dəniz balıqları xüsusi maraq doğurub. Ehtimal olunur ki, dəyişdirilmiş üzgəclərdən istifadə edən yeni balıq növü dəniz dibi boyunca hərəkət etmək qabiliyyətinə görə diqqəti cəlb edib. Bu, Sakit Okeanın cənub-şərqində bu növ balıqların ilk elmi müşahidəsidir ki, bu da dərin dəniz canlılarının təkamülünü öyrənmək üçün yeni perspektivlər açır.

Bu heyrətamiz kəşflərə əlavə olaraq, ekspedisiya dəniz biologiyası ilə bağlı biliklərdə əhəmiyyətli boşluqları da aşkar edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3501
avatar

Oxşar yazılar