ABŞ İranın daha bir yüksək vəzifəli məmurunu  öldürüb - İDDİA
01 iyun 2024 18:43 (UTC +04:00)

ABŞ İranın daha bir yüksək vəzifəli məmurunu öldürüb - İDDİA

İran mediası Qüds Qüvvələrinin komandiri Qasım Süleymaninin yaxın müttəfiqi və şayiələrə görə qohumu olan tanınmış general Vaci Allah Maradinin “səhhətinin qəfil pisləşməsi” nəticəsində dünyasını dəyişdiyini bildirir.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrində yüksək rütbəli vəzifə tutan Maradi mühüm əməliyyatlarda və xüsusi təyinatlıların missiyalarında fəal iştirakı ilə tanınırdı.

İran mətbuatındakı məlumata görə, onun ölümünə səbəb səhhətinin qəfil pisləşməsi olub. Lakin Rusiya mənbəsi alternativ versiya irəli sürərək generalın Yəməndə Amerika bombası ilə öldürüldüyünü iddia edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2436
avatar

Oxşar yazılar