Afrikanın 30-dan, eləcə də bəzi Asiya və ada dövlətləri dünyanın daha az inkişaf etmiş ölkəlkərinin siyahısına daxil olub.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu haqda BMT-nin ticarət və inkişaf üzrə konfransında daha az inkişaf etmiş ölkələrlə bağlı təqdim olunan hesabatda qeyd edilir.
Siyahıya 47 dövlət daxildir və əksəriyyəti Afrika ölkələridir – Anqola, Benin, Burkina-Faso, Burundi, Cənubi Afrika Respublikası, Çad, Konqo Demokratik Respublikası, Cibuti, Eriteriya, Efiopiya, Qambiya, Madaqaskar, Mali, Sudan, Cənubi Sudan, Uqanda, Zambiya və başqaları.
Siyahıda ada dövlətləri də var: Okeaniya Kiribati, Tuvala, Vanauta, Solomon Adaları. Üçüncü qrupa bu Asiya ölkələri düşüb – Əfqanıstan, Banqladeş, Komboca, Laos, Myanma, Nepal, Yəmən və Butan.