900 ildən çox yaşı olan məşhur taxta körpü yandı -FOTO
07 avqust 2022 18:40 (UTC +04:00)

900 ildən çox yaşı olan məşhur taxta körpü yandı -FOTO

Çinin 900 ildən çox əvvəl tikilmiş ən uzun taxta tağlı körpüsü Pingnan Vanan yanğın nəticəsində çöküb.

Lent.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Mənbənin sözlərinə görə, yanğın avqustun 6-da körpünü bürüyüb, yanğının ilk 20 dəqiqəsində strukturun gövdəsi demək olar ki, tamamilə yanıb. Yerli vaxtla saat 22:45-də yanğın tamamilə söndürülüb.

"Hazırda körpü yanıb və dağılıb, heç kim xəsarət almayıb", - Çin Mərkəzi Televiziyası bildirib.

Pekin Universitetinin qədim memarlıq üzrə eksperti Xu İtaonun sözlərinə görə, yanğının baş verməsinin ən çox ehtimal olunan səbəbi insan faktorudur.

# 1845
avatar

Oxşar yazılar