2022-ci il üçün ŞOK PROQNOZLAR:  İnsanları nə gözləyir?
04 dekabr 2021 14:22 (UTC +04:00)

2022-ci il üçün ŞOK PROQNOZLAR: İnsanları nə gözləyir?

İyirmi ilə yaxındır ki, öz proqnozlarını dərc edən Saho Bank qarşıdan gələn 2022-ci il üçün proqnozunu açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, proqnoz məyusedicidir.

Bəşəriyyətə qadın investorlar ordusu, silahlanma yarışı və hətta “Facebook” və “Spotify”nin populyarlığının tezliklə sona çatacağı vəd edilir.

Beləliklə, Sahonun gələn il üçün verdiyi proqnozları təqdim edirik:

Enerji resursları

Ekoloqların arzularının reallaşması ilə mədən yanacağının hasilatı dayandırılacaq, CO2 tullantılarının həcmi də azaldılacaq. İlk cəhdin bazarda enerji resurslarının qıtlığına və onların bahalaşması ilə nəticələnəcəyi güman edilir.

İnternet

Gələn il gənclər etiraz əlaməti olaraq “Facebook”u tərk edəcəklər və hətta “Meta” şirkətinin “metauniverse”ni inkişaf etdirmə səyləri də administrasiyaya kömək etməyəcək.

ABŞ-da böhran

Analitiklər hesab edirlər ki, ABŞ-da 2020-ci ilin yanvar hadisələri gələn il keçiriləcək Konqres seçkiləri zamanı da təkrarlana bilər.

Konqres vaxtında formalaşmayacaq, vaxtında işə başlamayacaq, 2023-cü ildə ölkədə konstitusiya böhranı yaranacaq.

Soyuq müharibə və hipersəsli silahlar

Gələn il Rusiyadan başqa Hindistan, İsrail və Avropa İttifaqının da qabaqcıl texnologiyaların sahibləri sırasında yer alacağı güman edilir.

Tibb

Bu, bəlkə də yeganə müsbət məqamdır ki, qabaqcıl tibbi texnologiyalar sayəsində ömrün orta hesabla 25 il artacağını vəd edir.

Sahonun digər öncəgörümləri:

- ABŞ-da 15 faizdən yuxarı inflyasiya;

- Ekoloji məhdudiyyətlərin aradan qaldırılması;

- Avropa Birliyində 3 trilyon dollarlıq müdafiə fondu;

- Gender bərabərsizliyinə qarşı iqtisadi qarşıdurma.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 33551

Oxşar yazılar

Tramp üçüncü dəfə prezident olacaq? - Açıqlama

Tramp üçüncü dəfə prezident olacaq? - Açıqlama

1 aprel 2025 , 03:49
ABŞ-dan Çinə sanksiyalar - Bu şəxslərə məhdudiyyət qoyuldu

ABŞ-dan Çinə sanksiyalar - Bu şəxslərə məhdudiyyət qoyuldu

1 aprel 2025 , 02:20
İsrailli nazir istefa verdi - SƏBƏB

İsrailli nazir istefa verdi - SƏBƏB

1 aprel 2025 , 01:20
İrəvandan canlı yayım açan  türk blogerə cinayət işi  açıldı

İrəvandan canlı yayım açan türk blogerə cinayət işi açıldı

31 mart 2025 , 21:54
Netanyahunun  sözçüsü və müşaviri   həbs olundu

Netanyahunun sözçüsü və müşaviri həbs olundu

31 mart 2025 , 20:49
Məsciddə partlayış, 3 nəfər ölüb

Məsciddə partlayış, 3 nəfər ölüb

31 mart 2025 , 17:36
NATO genişmiqyaslı  təlimlərə başlayır

NATO genişmiqyaslı təlimlərə başlayır

31 mart 2025 , 07:18
Volkan Konak dünyasını dəyişdi

Volkan Konak dünyasını dəyişdi

31 mart 2025 , 05:53