Kondurça çayı
18 noyabr 2021 16:51 (UTC +04:00)

Kondurça çayı

20 yaşlı tələbədən ŞOK OĞURLUQ – Körpü yoxa çıxdı... - FOTO

Rusiyanın Samara bölgəsində tələbənin etdiyi oğurluq hər kəsi təəccübləndirib.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, söhbət Yekaterinovka kəndindən keçən Kondurça çayı üzərindəki körpüdən gedir.

Sakinləri onda ayılıb ki, çayın üzərindəki körpü yoxdur...

İstintaqa verdiyi ifadədə 20 yaşlı tələbə deyib ki, dostunun məsləhəti ilə bir həftə ərzində müxtəlif alətlərdən və nənəsinin avtomobilindən istifadə edərək kəndin yaxınlığındakı mühafizə olunmayan istirahət mərkəzinin ərazisindəki körpünün metal konstruksiyalarını hissə-hissə oğurlayıb. 

O, körpünün dəmir tirlərini qaz balonlarından istifadə edərək çıxarıb maşına yükləyirmiş. Növbəti dəfə hadisə yerindən qaz balonunu götürməyə cəhd edərkən polis tərəfindən saxlanılıb. 

O da məlum olub ki, oğurladığı dəmirləri metal qəbulu məntəqəsinə təhvil verirmiş. İndiyədək dəmirlərdən 18 500 rubl qazanc əldə edib. 

Gənc tələbəyə qarşı “oğurluq” maddəsi ilə cinayət işi başlanıb. “Metal maqnatı”nın 2 il həbs cəzası ala biləcəyi bildirilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2568

Oxşar yazılar