Dünyanın “ən şanslı əsgəri”
Güllə onun başının 2 mm-dən keçib
İngiltərənin Əfqanıstanda xidmət edən hərbçilərindən biri Əfqanıstanda döyüşləri işıqlandıran KİV-lər tərəfindən “dünyanın ən şanslı əsgəri” elan olunub. Düşmən atəşinə rast gəlib, lakin sağ qalmış bu əsgəri şanslı edən onun ölməməsi deyil, necə sağ qalmasıdır.
Lent.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 32 yaşlı əsgər Leon Vilsonun bölüyü aprelin 10-da Hilmənd vilayətində Taliban silahlıları ilə döyüşə girib. Yüksəklikdə daldalanıb pulemyotdan atəş açan Vilsonu susdurmaq üçün Taliban yaraqlıları onun mövqeyini atəşə tutur. AK-47 avtomatından atılmış 7,62 mm çaplı güllə onun dəbilqəsini deşsə də başından 2 mm yan keçib. Nəticədə L.Vilsona heç bir zərər dəyməyib. Vurulmasından sarsılan və güllənin təsirindən yerə sərilən əsgər sağ qalmasına inana bilmədiyini deyib: “Zərbə böyük bir partlama kimi oldu və kürəyi üstə yerə sərildim. Gözlərimi bağlamışdım. Açdıqda həyatda olduğuma inana bilmədim. Dəbilqəmi çıxarmağa cəsarət edə bilmədilər. Hər kəs ölmək üzrə olduğumu və başımın qan içində olduğunu düşünürdü. Amma güllə başımın 2 millimetr üstündən keçib getmiş və heç bir iz buraxmamışdı”.
Dəbilqəni xatriə olaraq saxlayan Mergian alayının komandiri də ikinci taborda xidmət edən Vilsonu İngiltərə ordusunun “ən şanslı əsgəri” elan edib.
Rəşad Süleymanov

1601