“Mən Türkiyəyə gedən kimi hamısını...”
04 dekabr 2012 16:05 (UTC +04:00)

“Mən Türkiyəyə gedən kimi hamısını...”

Rusiya prezidenti daxili işlər orqanlarının bir neçə generalını tutduğu vəzifəsindən azad edib. Lent.az-ın Rusiya prezidentinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Rusiya DİN-in Pasport və Qeydiyyat İşlərinin Təşkili Baş İdarəsinin rəisi general-mayor Mixail Utyatski, həmin idarədə müxtəlif vəzifələr tutan generallar, Viktor Kabatski və Andrey Şuxorov orqanlardan xaric ediliblər.

Prezident bundan başqa Rusiya DİN-in Xüsusi Texnika və Rabitə Baş İdarəsinin rəisi Aleksandr Kvitkonu da işində yol verdiyi səhlənkarlığa görə, vəzifəsindən azad edib.

Rusiya KİV-nin yazdığına görə, Türkiyədə səfərdəykən Putinin bu sərəncamları generallar üçün gözlənilməz olub.

Prezident daxili işlər nazirinə boş qalan yerlərə namizədlərin təqdimatı ilə bağlı da göstəriş verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2111

Oxşar yazılar