Qəzza zolağında bu gecə atəşkəs ola bilər
20 noyabr 2012 21:54 (UTC +04:00)

Qəzza zolağında bu gecə atəşkəs ola bilər

Misirdəki fələstinli etribarlı mənbə Qəzza zolağında atəşkəslə bağlı razılaşma əldə olunduğunu bildirib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bununla belə tərəflər arasında danışıqlara vasitəçilik edən Misir prezidenti Məhəmməd Mursi hələ ki bu haqda açıqlama verməyib.

Ancaq bir neçə gün öncə o, yaxın günlərdə atəşkəsin ələd olunacağını söyləmişdi.

«Röyter»in məlumatında bildirilib ki, rəsmi sülh Qrinviçlə saat 19-da elan olunacaq. Atəşkəs isə Qrinviçlə saat 22-də (Bakı vaxtı ilə 02.00-da) qüvvəyə minəcək.

Bu anlaşma barəsində çeşidli və təzadlı xəbərlər yayılmaqdadır.

«HƏMAS»-ın maraqlarını müdafiə edən «əl-Kud» telekanalı sülhə dair anlaşmanın olduğunu təkzib edib.

«Habertürk»ə- görə isə barışla bağlı İsrail cəbhəsi danışıqların başa çatmadığını bildirib. Mənbənin məlumatına əsasən, «HƏMAS» atəşkəsə yaxın olduqlarını söyləyib.

Atəşkəs və sülhə dair xəbərlər yayıldığı vaxtda Qəzzada mətbuat təmsilçilərinin maşınının vurulduğuna dair xəbər də yayılıb. Bu avtomobil «HƏMAS»-a bağlı «əl-Əksa» telekanalına məxsus olub. Müəssisənin operatorlarından - Mahmud Əl-Komi və Hüsam Səlami bombardman nəticəsində həlak olub.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu «Anadolu ajansı»na deyib:«Atəşkəs gecə 12-də qüvvəyə minə bilər».

Misirdən verilən açıqlamada isə «atəşkəslə bağlı görüşmələr davam edir və bu gecəyə ümidliyik»-deyiblər.
# 616

Oxşar yazılar