ABŞ-da «Google» yazılı mediadan çox qazanıb
14 noyabr 2012 07:35 (UTC +04:00)

ABŞ-da «Google» yazılı mediadan çox qazanıb

2012-ci ilin ilk 6 ayında internet-nəhəngi «Google» ABŞ-da reklamdan bütün çap nəşrlərinin daha çox gəlir əldə edib.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ilk altı ayda «Google» 20,8 milyard dollar qazandığı halda, ABŞ-dakı bütün yazılı media, qəzet və jurnallar birlikdə 19,2 milyard dollar gəlir əldə edib.

Britaiyanın büdcə komitəsi «Google»ni vergidən yayınmaqda günahlandırıb.

«Qolos Rossii»-nin bildirdiyinə əsasən, Britaniya parlamentində qeyd edilib ki, şirkət bu dövlətin büdcəsinə milyardlarla dollar pul ödəməyib. 2011-ci ildə «Google» 4 milyard dollar qazandığı halda cəmi 3,5 milyon dollar vergi ödəyib.
# 653

Oxşar yazılar