2 milyard dollarlıq almaz mənimsənilib
14 noyabr 2012 04:17 (UTC +04:00)

2 milyard dollarlıq almaz mənimsənilib

Afrikada humanitar inkişaf sahəsində fəaliyyət göstərən Afrika Kanada Əməkdaşlıq Təşkilatı adlı Qeyri-Höukmət Təşkilatı Zimbabve hakimiyyətini almaz fondunun «talamaqda» suçlayıb.

Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə, qurumun üzvlərindən Kimberley Sürec bildirib ki, ölkənin Marange bölgəsindən çıxarılan almaz satışından əldə edilən gəlir ölkə iqtisadiyyatının inkişafına deyil, dövlət başçısı Robert Muqabenin yaxın çevrəsi tərəfindən mənimsənilir.

Mənbənin məlumatına əsasən, Marange bölgəsindən 2 milyard dollarlıq almazın pulu oğurlanıb.

Qurum bildirib ki, almaz satışı və hasilatı sahəsində şəffaflığın təmin edilməməsi xalqı rahatsız edir. Bundan başqa Afrika Kanada Əməkdaşlıq Təşkilatı Muqabenin almazı dünya bazarında ucuz qiymətə satdığını da vurğulayıb.
# 869

Oxşar yazılar