Bir necə seçki məntəqəsində səsvermə başa çatıb
ABŞ-ın Kentukki və İndiana ştatlarındakı bir necə seçki məntəqəsində səsvermə başa çatıb.
APA-nın verdiyi xəbərinə əsasən, bu məntəqələrdə səsvermənin ilkin nəticələrinə görə, Kentukki ştatında Mit Romni səslərin 69 faiz, Obama 29 faiz ,İndiana ştatında isə Romni 59 faiz, Obama isə 39 faiz faiz səs qazanıb. Bu ştatların əhalisi ənənəvi olaraq respublikaçı namizədlərə səs verir.
Nyu-Hempşir ştatındakı ekzit-polların nəticələrinə görə, Mit Romni səslərin 32,6%, Barak Obama isə 65% qazanaraq bu ştatda qalib gələcək.
Qeyd edək ki, namizəd Seçicilər Kollegiyasının 270 üzvünün 50 faiz +1 səsini qazanırsa, prezident seçilmiş sayılır.
Seçicilər Kollegiyası sistemi federalizm prinsipini dəstəkləmək məqsədilə tətbiq olunur. Bu sistemin tətbiqində məqsəd daha böyük ştatların kiçik ştatları üstələməsinə mane olmaqdır. Hər ştatdan olan Seçicilər Kollegiyasının üzvləri bütün səsləri həmin ştatda daha çox səs toplamış namizədə verir.
Kollegiyaya daxil olan seçicilərin sayı ştatların Konqresdəki təmsilçilərinin sayına uyğundur, (2 senator + Nümayəndələr Palatasının üzvləri. Hər ştatdan Nümayəndələr Palatasına üzvlərin sayı ştat ərazisindəki seçki dairələrinin sayına bərabərdir).
Seçicilər Kollegiyasında ən çox səsə Kaliforniya ştatı sahibdir – 55 səs. Bu ştat Konqresdə 2 senator və Nümayəndələr Palatasında 53 üzvü ilə təmsil olunur. Montana, Alyaska, Vermont, Delaver, Vayominq, Cənubi Dakota və Şimali Dakota ştatları isə Seçicilər Kollegiyasında hərəyə cəmi 3 səsə sahibdir.

Oxşar yazılar

Suriya lideri Dəməşqi tərk etdi
18 iyul 2025 , 05:38
"Uber" pilotsuz taksilərə keçir
18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ baş verdi
18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi
17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu
17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?
17 iyul 2025 , 17:34
İsrail ordusunda İNTİHARLAR: 2011-ci ildən bəri ən yüksək göstərici
17 iyul 2025 , 16:22