Çeçenistan prezidentinin müşaviri Türkiyədə 12 kq qızılla yaxalandı - FOTO
02 noyabr 2012 17:58 (UTC +04:00)

Çeçenistan prezidentinin müşaviri Türkiyədə 12 kq qızılla yaxalandı - FOTO

Çeçenistan prezidenti Ramazan Kadırovun müşaviri Əmruddin Edelgiriyev və dostu Həsən Həkimov Antalya Hava Limanında 12 kiloqram 376 qram qızıl külçə ilə yaxalanıb.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 17-də baş verib. Gömrüklə bəyan edilməmiş qızıl külçə Əmruddin Edelgiriyevin çantasında aşkarlanıb. Həsən Həkimov qızılın olduğu çantanın ona aid olduğunu iddia edib. O, qızılın Çeçenistana məxsus olduğunu və üzərində işlənilməsi üçün Türkiyəyə gətirdiklərini, ancaq bu iş üçün çox pul istənildiyi üçün Çeçenistana geri apardıqlarını söyləyib. H.Həkimov qızıl külçəsinin oktyabrın 7-də Əmruddin Edelgiriyevin diplomatik pasportu ilə gömrükdə yoxlanılmadan Antalya Hava Limanından Türkiyəyə keçirdiklərini bildirib.

Sorğudan sonra diplomatik toxunulmazlığı olan Əmruddin Edelgiriyev xüsusi təyyarə ilə Çeçenistana göndərilib, Həsən Həkimov isə saxlanılıb. Ertəsi gün Antalya Məhkəməsi Həsən Həkimovu sərbəst buraxıb, ancaq o, bundan sonra aparılacaq məhkəmə prosesinə gəlməlidir. Türkiyəyə qaçaqmalçılıqla gətirilən qızıl külçəsi isə Türkiyə Mərkəzi Bankına təhvil verilib. Baş prokuror Ali Çam isə qısa müddətdə Əmruddin Edelgiriyev və dostunun barəsində ittiham aktı hazırlayıb. İttiham aktında hər iki şəxsin 1 ildən 5 ilə qədər azadlıqdan məhrum edilməsi, o cümlədən cərimələnməsi istənilir. Yaxın günlərdə məhkəmə prosesi keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2975

Oxşar yazılar

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu

Müəllim bu fotolarına görə işdən qovuldu

17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu:  bunu necə etdi?

Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?

17 iyul 2025 , 17:34