Hillari yenidən dövlət katibi olar bilər
26 oktyabr 2012 03:49 (UTC +04:00)

Hillari yenidən dövlət katibi olar bilər

ABŞ-ın dövlət katibi Hillari Klinton «Barak Oabama yenidən prezident seçilərsə, o tutduğu vəzifədə qalacaqmı» sualına qəti olaraq, «yox» cavabı verməyib.

«Çox güman ki... Qalmağımı çox adam deyib» - deyə, o , mövqeyini belə bildirib.

Bununla belə Ağ evin indiki yiyəsi mu günlərdə verdiyi müsahibələrindən birində Klintonu ikinci müddətə də dövlət katibi vəzifəsində qalması üçün dilə tutduğunu etiraf edib:«O, çox yaxış işləyir. Mən çox istərdim ki, o, qalsın. Mənim canfəşanlığıma baxmayaraq, fikrimcə, o, daha çox ailəsi ilə birlikdə vaxt keçirmək istəyir».

Demokratlar Partiyasından olan tanınmış şəxslər 2016-cı ilin prezident seçkisi üçün Hillari Klintonun yaxşı imkanlarının olduğunu bildiriblər.

«Bu mənim üçün istisnadır. Bir müddət gələcək həyatımla bağlı düşünmək istəyirəm»- dövlət katibi vurğulayıb.

Bununla belə dövlət katibliyinə ehtimal olunan yeni namizədin də adı açıqlanıb – bu, Con Kerridir. O, hazırda Senatın beynəlxalq komitəsinin başçısıdır.
# 561

Oxşar yazılar