Ruslar internetlə özlərinə müxalifət lideri seçdilər - FOTO
Rusiyada müxalifət qüvvələri internet vasitəsilə keçirilmiş səsvermə yolu ilə özlərinin Koordinasiya Şurasının üzvlərini seçib. Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, tanınmış müxalifətçi və Putinin qatı əleyhdarı Aleksey Navalnı səsvermənin qalibi olub. Məlumata görə, seçki 3 gün davam edib və səsvermədə təxminən 82 minə yaxın seçici iştirak edib. Navalnının ardınca 2-ci yerə yazıçı Dmitri Bıkov, 3-cü yerə isə keçmiş dünya çempionu Harri Kasparov çıxıb.
1196