ABŞ bir qrup İran rəsmisinə viza verməyib
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, onların arasında iki nazir və prezident administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşainin iki köməkçisi də var. Ancaq onların adı açıqlanmayıb. Ümumiyyətlə, viza üçün 160 nəfər müraciət etmişdi.
Qeyd edək ki, sentyabrın 22-də M. Əhmədinejad BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb. İran prezidenti bir həftəlik səfər zamanı BMT Baş Assambleyasında, ABŞ-ın bir neçə universitetində çıxış edəcək, ABŞ-ın kütləvi informasiya vasitələrinə müsahibələr verəcək, BMT baş katibi Pan Gi Mun və bir sıra ölkələrin rəsmiləri, eyni zamanda Nyu-Yorkda yaşayan iranlılarla görüşəcək. Görüşlərdə ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.
M. Əhmədinejad indiyədək 7 dəfə BMT-nin Baş Assambleyasının yığıncağında iştirak edib. Bu, onun ABŞ-a sayca səkkizinci səfəridir. İran prezidentini Nyu-Yorkda 150 nəfərlik təhlükəsizlik heyəti qoruyacaq.

Oxşar yazılar

Bu ölkələrdə uşaqların çoxu natamam qidalanır
2 avqust 2025 , 22:36
Tehranda su qıtlığına görə daha bir problem: İctimai tualetlər bağlanır
2 avqust 2025 , 15:08
Trampdan FES rəhbərinə: İstefa ver
2 avqust 2025 , 08:19
Məhkəmə sabiq prezidenti 12 il ev dustaqlığına məhkum etdi
2 avqust 2025 , 01:56
Trampdan sərt addım - Rusiyanın yaxınlığına iki nüvə sualtı qayıq göndərdi
1 avqust 2025 , 21:57
Tramp 70-ə yaxın ölkəyə yeni tariflər tətbiq etdi
1 avqust 2025 , 06:28
Yeni dünya rekordu: 829 km uzunluğunda ildırım qeydə alındı
1 avqust 2025 , 03:47