Ana olduqdan sonra əvvəlki görkəminə qayıtmağa çalışan tanınmış model Adriana Lima Kann Film Festivalında görüntülənib.
Lent.az xəbər verir ki, Adriana bu dəfə geyimi ilə gündəmə gəlib. Belə ki, modelin paltarı bəyənilməyib və çoxlu tənqidlərə məruz qalıb. Qismən əvvəlki bədən quruluşuna qayıdan Lima hamiləlik zamanənda bir xeyli çəki almışdı.
Qeyd edək ki, model Kann Film Festivalına Leonardo Di Kaprionun yeni filmi “Killers of the Flower Moon”un qala gecəsi sevgilisi ilə birlikdə qatılıb.