Uels şəhzadəsinin köhnə paltarı GÜNDƏM OLDU
20 fevral 2023 15:09 (UTC +04:00)

Uels şəhzadəsinin köhnə paltarı GÜNDƏM OLDU

Uels şahzadəsi Ketrin məclisə köhnə paltarda və ucuz sırğalarda gəlib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, şahzadə Uilyam və Keyt Middlton illik BAFTA film mükafatlandırma mərasimində iştirak ediblər.

Şahzadə Diananın oğlu qırmızı xalça üçün klassik qara məxmər kostyum seçib. Həyat yoldaşı isə Alexander McQueen brendinin yunan üslubunda kəmərli ağ paltar geyinib. Middleton görünüşünü qara hündür əlcəklər və qiyməti 18 funt sterlinq (1,5 min rubl) olan Zara model sırğalarla tamamlayıb.

Kral xanımı 2019-cu ildə də bu paltarda görünüb. Lakin dərzilər Middltonun sol çiynində düzəliş edərək onu bir qədər dəyişiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3120
avatar

Fidan İlqar

Oxşar yazılar