Futbol ulduzu Devid Bekhemin həyat yoldaşı Viktoriya Bekhem “Perfect” jurnalı üçün fotosessiya etdirib.
Lent.az xəbər verir ki, sözügedən şəkilləri Bekhem şəxsi “Instagram” hesabında paylaşıb.
48 yaşlı Viktoriyanın bu şəkilləri izləyicilər tərəfindən çox bəyənilib. Belə ki, o, boz şalvarı üzərinə böyük ölçülü pencəklə kamera qarşısına keçib. Bundan əlavə, Viktoriya bir neçə başqa kombinlər də geyinib. O, kombinlərini sadə açıq tonlu makiyajı ilə tamamlayıb.
Qeyd edək ki, bu yaxınlarda Viktoriya Bekhem gənc qalması üçün milyonlarla dollar xərclədiyi ortaya çıxmışdı. Belə ki, Bekhemin üz və bədən dərisi qulluq prosedurlarına aylıq 20 min manatdan çox xərc çəkdiyi bildirilir.