Tanınmış aktrisa Hazal Kaya ikinci dəfə ana olduqdan sonra aldığı kilolarla gündəmə gəlmişdi.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Melike Şahinin ötən axşam Harbiye konsertindən çıxarkən görüntülənib.
Hazal Kayanın bu dəfə fit görünüşü və artıq çəkilərdən xilas olması diqqət çəkib. Bununla bağlı suala isə aktrisa belə cavab verib:
“Serial çəkilişlərinə görə arıqladım. Yoxsa artıq çəki məni narahat etmir və buna əhəmiyyət vermirəm”.