Sizi daha cazibədar   göstərən geyimlər
21 avqust 2023 19:14 (UTC +04:00)

Sizi daha cazibədar göstərən geyimlər

Modelyerlər sizi iş qadını və cazibədar kimi göstərəcək geyimləri açıqlayıb.

Lent.az həmin geyimləri təqdim edir.

Köynək

Köynəklər istənilən üslub üçün olduqca uyğun paltardır. Düymələri bağlı köynəyiniz ofis üçün uyğun olsa da, yuxarıdan bir neçə düyməni açmaqla görüşünüzə daha cəlbedici hava qata bilərsiniz. Yaxud altdan geyinəcəyiniz büstiyerlə bütün düymələri açıq qoyaraq çimərliyə, axşam əyləncələrinə getmək olar.

Qələm ətək

Qələm ətək klassik parça hesab olunur və buna görə də ofis tərzi üçün mükəmməl seçimdir. Amma cazibədar və qadına xas görünüş əldə etmək istəyən zaman bədən cizgilərinizi qələm yubka ilə ortaya çıxarmaq olar.

“Loafer” ayaqqabılar

Bu ilin dəbi olan “Loafer” ayaqqabılar sizi olduğunuzdan daha cazibədar görsədəcək.

Hündürdaban ayaqqabı geyinmək istəmədiyiniz zaman “loafers” həm tərzinizi qoruyub saxlayacaq, həm də sizi rahatlıqla təmin edəcək. Adətən qara rəngdə istehsal olunan bu ayaqqabılar demək olar ki, istənilən kombinasiyaya uyğun gəlir. Bu cür ayaqqabıları ən çox parça şalvarlarla geyinmək məsləhətdir.

Qol saatı

Qəşəng qol saatı zamansız moda aksesuarıdır. Həmişə üslubunuzun daha cazibədar görünməsinə kömək edir.

Blazer

İşgüzar görüşlər üçün blazerdən daha qəşəng bir şey yoxdur. Cins şalvar, parça şalvar, mini ətəklər, karandaş ətəklər... Blazer gödəkçələr istənilən parça ilə uyğunlaşa bilər və cazibədar görünməyə kömək edir.

Mirvarilər

İncilər gündəlik geyimdən tutmuş xüsusi günlərə qədər demək olar ki, hər hansı bir geyimlə asanlıqla taxıla bilir. Bu aksessuarlarla qadın zərifliyinizi xüsusilə vurğulaya bilərsiniz. Qeyd edək ki, onların həqiqi və ya saxta olmasının fərqi yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10344
avatar

Sevinc Fərid

Oxşar yazılar