Kişinin üzündəki saqqal həmişə trenddədir.
Lent.az xarici mediaya istinadla bildirir ki, bunu stilist Vladislav Lisovets deyib. Onun sözlərinə görə, üz tükləri hər kişiyə uyğundur, lakin onun süni görünməməsi vacibdir.
“Kişilərdə üz tükləri həmişə trend və klassik olub. Digər tərəfdən maska kimi çəkilməməlidir. Yəni, sadəcə təbii saqqal olmalıdır. Mürəkkəblə çəkilmiş kimidirsə, deməli, heç vaxt trenddə olmayıb və həmişə qadının kömür qaşlarına bənzəyir. Gözəl və dəbli ola bilməz”, - deyə o bildirib.
Sentyabrın ilk şənbəsi Ümumdünya Saqqal Günüdür. Bu gün ilk dəfə 2010-cu ildə qeyd olunub. Əvvəlcə saqqala həsr olunmuş şənlikləri danimarkalılar təşkil ediblər. Ənənəvi olaraq bu gündə saqqala həsr olunmuş festivallar, fotosessiyalar və fleşmoblar keçirilir.