Qızların saç rəngi ilə xarakteri arasındakı əlaqə araşdırılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, saç stilisti Kristian Bekhem qızın boyanmış saçlarının rəngi ilə onun xarakteri arasındakı əlaqəni açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, klassik sarışınları orta yaşlı qadınlar, onların arasında uşaq böyüdən analar və evdar qadınlar seçir. Eyni zamanda, parlaq çalarlar tez-tez özünə inamsız olanlar tərəfindən istifadə edilir.
"Onlar diqqəti bədənlərindən uzaqlaşdırmaq və diqqətlərini saçlarına yönəltmək istəyə bilərlər", - mütəxəssis əlavə edib.
Bundan başqa, balayaj texnikasından istifadə edərək rəngləmə sosial şəbəkələri izləyən gənc qızlar arasında məşhurdur.
"Onlar özlərini modanın davamçıları hesab edir və tendensiyalara uyurlar" - o bildirib.
Öz növbəsində, ev istifadəsi üçün boyalar alanlar xarici görünüşü ilə fəxr edirlər. Eyni zamanda, ya salona getməyə vəsaitləri çatmır, ya da usta işi ilə qeyri-peşəkar rəngləmə arasında fərq görmürlər.